+1 голос
111 просмотров
от в категории Yemək, Aşpazlıq

Çiyələk kompotu necə hazırlanır?

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Kompot hazırlamaq üçün çiyələyin, giləmeyvəsi ətli və içi boş olmayan, açıq qırmızı rəngə malik orta irilikdə yaxşı sortlarını seçmək lazımdır. Çiyələyin yalnız üstünün yox, ətliyinin də qırmızı olmasına fikir vermək gərəkdir. Çiyələyin yaxşı dadı və xoşagələn ətri olmalıdır. Çox dəymiş, irigiləli və çox xırda giləmeyvələri konservləşdirmək olmaz, çünki pasterizə zamanı onların görünüşü yaraşıqsız olur. Çiyələyin giləmeyvəsi tez zədələnir və xarab olur. Ona görə də çiyələyi quru havada yığmaq, tam yetişmişləri dərmək, tutumu 3 kq-dan çox olmayan xəlbirlərə və ya xırda səbətlərə, yaxud emallı teştlərə tökmək lazımdır. Kompot hazırlamaqdan qabaq giləmeyvələr çeşidlənir, kənar qarışıqlardan təmizlənir, kasayarpaqları bəndəmi ilə birlikdə qoparılır. Kompot üçün orta irilikdə giləmeyvələr seçilir, axar su altında yuyulur və bankalara yığılır. Giləmeyvələrin üzərinə 65%-li və istiliyi 600J olan şərbət tökülür, 3-4 saat saxlanılır. Bu müddətdə şərbət giləmeyvə tərəfindən sorulur, giləmeyvələrdən isə bunun əvəzində şərbətə müəyyən qədər şirə çıxır. Giləmeyvə kiçilir və görünüşü yaxşılaşır. Çiyələk kompotunun zərif və dadlı olması üçün, onu yarımlitrlik və litrlik bankalarda hazırlayırlar. Belə bankalarda çiyələyin konsistensiyası və forması yaxşı qalır. Yarımlitrlik bankaya 350 q, litrlik bankaya 700 q çiyələk sərf olunur. Bankadakı şərbət başqa qaba süzülür, qismən şəkər hopmuş giləmeyvələr isə bankada qalır. Şərbətə bir qədər də toz-şəkər qatıb (məsələn, 1 l şərbətə 0,5-1 st) qaynayana qədər qızdırır və bankalardakı giləmeyvənin üstünə tökürlər. Şərbət bankaya tökülən zaman onun tündlüyü 65-70%, istiliyi isə 900J olmalıdır. Çiyələk kompotunu istiliyi 95-980J olan suda (qaynamaq istəyən suda) yarımlitrlik bankaları 10-12 dəq, litrlik bankaları 15-20 dəq pasterizə etmək lazımdır. Qapağı germetik bağlanılıb soyudulmuş kompot bankalarını qaranlıq otaqda, ya da kağıza möhkəm sarıyıb sərin otaqda (10-15 0J temperaturda) saxlamaq məsləhət görülür.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
...