+1 səs
120 baxış
Yemək, Aşpazlıq bölməsində

Heyva kompotu necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Kompot hazırlamaq üçün heyvanın tumunu təmizləyib uzununa 1,5-2 sm qalınlıqda dilim-dilim doğrayırlar. Kompotu qabığı soyulmamış heyvadan hazırlamaq daha yaxşıdır. Çünki qabığın tərkibində olan ətirli maddələr hazır kompotu daha da dadlı və ətirli edir. Doğranmış heyva dilimlərini istiliyi 850J olan suda bir saata qədər pörtlədirlər. Şirin heyvaları turşaşirin heyvalara nisbətən çox pörtlətmək lazımdır. Meyvənin üstünə tökmək üçün 40%-li şirə (təxminən 2 nazik stəkan şəkərə 3 st su) hazırlanır. Bu zaman balon ağzınajan meyvə ilə doldurulmalıdır. Əgər zövqünüzə görə meyvənin az, şirənin çox olmasını istəyirsinizsə, onda hər üçlitrlik balona 2 nazik stəkan hesabı ilə toz-şəkər götürülməlidir. Pörtlədilmiş heyva dilimlərini bankaya yığıb üzərinə şirə əlavə etdikdən sonra yarımlitrlik bankaları 20-25 dəq, litrlik bankaları 30-35 dəq, ikilitrlik bankaları 40 dəq, üçlitrlik balonları 50 dəq pasterizə edirlər. Uzun müddət qızdırdıqda heyva qırmızı rəngə çalır, ona görə də kompotun xariji görünüşünü xarab etməmək üçün pasterizə müddətini çox uzatmaq olmaz. Pasterizə edilmiş bankaların ağzını germetik bağlayıb qapağı üstə soyuyana kimi saxlamaq lazımdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...