Firəng üzümü giləmeyvələri yetişməsinə və ölçüsünə görə çeşidlənir, təmizlənir, yuyulur. Termiki emal zamanı giləmeyvələrin formasını daha yaxşı saxlamaq üçün onları sanjaqla və ya uju yonulmuş kibrit çöpü ilə deşdəkləmək, sonra isə şəkər şərbətində 2-3 dəq bişirib, şərbətlə birlikdə bankalara tökmək və pasterizə etmək lazımdır. Litrlik banka üçün 1-1,5 st firəng 73 üzümü və 1 st toz-şəkər götürülür. Belə halda kompot 8-10 dəq pasterizə edilir. Bəzi hallarda təmizlənib yuyulmuş giləmeyvələr bankaya yığılıb üzərinə tündlüyü 50-60% olan şərbət tökülür və litrlik bankalar 15-20 dəq pasterizə edilir.