+1 səs
185 baxış
Yemək, Aşpazlıq bölməsində

Reyhan kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Reyhanın tərkibində ətirli maddələr (efir yağları), boya maddələri (antosianlar və flavonoidlər) və vitaminlər vardır. Təzə halda yeyilən reyhan qidanın həzminə və mənimsənilməsinə kömək edir. Reyhan kompotunu bilavasitə içmək üçün ilin yay-payız aylarında hazırlayırlar. Bunun üçün 1-2 dəstə reyhan təmizlənir, yuyulur və iri doğranılır, emallı qazanda üzərinə 1-2 l su və 0,5-1 st toz-şəkər əlavə edilir və qaynayana qədər qızdırılır. Qaynayan kimi kəfi yığılır və 1/4-1/2 çay qaşığı limon turşusu əlavə edilir. Bu zaman şərbətin rəngi moruğu-qırmızı rəngə çevrilir. İçki soyudulur, süzülür və süfrəyə verilir. Qışa saxlamaq üçün reyhan kompotunu üçlitrlik balon- larda aşağıdakı kimi hazırlayırlar. Tutumu 4-5 l olan emallı qazana təxminən 2,5-2,7 l (təxminən 10-12 st) su və 1,5 st tozşəkər tökülür, qaynayana qədər qızdırılır, kəfi alınır, üzərinə 72 2-3 dəstə (iri-xırdalığından asılı olaraq) təmizlənib yuyulmuş və iri doğranılmış reyhan, 1 ç.q. limon turşusu əlavə edilib 1-2 dəq qaynadılır. Hazır kompotu sterilləşdirilmiş balona töküb (reyhanın yarpaqları və zoğları ilə birlikdə) dərhal ağzını laklanmış tənəkə qapaqla bağlayırlar. Soyuyana qədər qapağı üstə qoyur, sonra çevirir və qaranlıq yerdə saxlayırlar.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...