+1 səs
103 baxış
Yemək, Aşpazlıq bölməsində

Narıngi kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Narıngi kompotu qabığı təmizlənmiş və dilimlənmiş şəkildə, bəzən hətta qabığı təmizlənərək, bütöv halda hazırlanır. Narınginin tam dəymiş, saf meyvələrinin qabığı əllə təmizlənir. Təmizlənmiş qabıqda ətirli maddələr (efir yağları), boya maddələri və vitaminlər olur. Ona görə də qabığı tullamaq olmaz. Ondan ətirli jövhər hazırlamaq üçün və ya qurudulmuş halda qış-yaz aylarında desert xörəklərin, şirniyyatın və çayın hazırlanmasında istifadə edilir. Narınginin qabığını əllə bir tərəfdən qoparıb soyurlar. Qabığı əvvəljə pas atmayan bıçaqla meyvənin ətliyini zədələmədən kəsmək daha yaxşıdır. Narıngini qabıqdan təmizlədikdən sonra onun üzərində ağ yumşaq liflər və pərdə qalır ki, bu da ona ajıtəhər dad verir. Onları mütləq təmizləmək lazımdır. Ağ liflər narıngini dilimləməklə bir vaxtda təmizlənir. Narıngi dilimləri temperaturu 850J olan suda 30-40 san pörtülür, bankalara yığılır, üzərinə tündlüyü 40% olan şərbət tökülür. Ya rımlitrlik bankaları 12-15 dəq, litrlik bankaları 15-20 dəq, üçlitrlik balonları 40-45 dəq pasterizə edirlər. QEYD: 1. Narıngi qabığından ətirli jövhər almaq üçün qabığı bıçaqla xırda doğrayır və ya da ət maşınından keçirib (sürtgəjdən də keçirmək olar), üstünə çəkisi qədər (1:1 nisbətində) isti su tökür və ağzı bağlı qabda 1-2 saat saxlayırlar. Qabığın ətri və dadı çıxmış mayeni əzintidən ayırır və zövqə görə kompotun şərbətinə əlavə edirlər. Alınmış jövhəri nəinki narıngi kompotuna, həmçinin hər jür başqa meyvə-giləmeyvələrdən hazırlanmış kompotlara, mürəbbəyə, jemə, povidloya və s. məhsullara tökmək olar. 2. Narıngi qabığını bir neçə hissəyə bölüb, otaq temperaturunda sərərək 6-8 gün müddətində qurudurlar. Qurumuş narıngi qabığını qəhvəüyüdən maşında və ya həvəngdəstədə narın hala salıb ələkdən keçirir və alınmış narıngi tozunu ağzı kip bağlanan şüşə qaba yığırlar. Narıngi tozu ədviyyə qarışıqlarının tərkibinə daxil edilir, unlu şirniyyat məmulatına qatılır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...