0 səs
450 baxış

Xəritənin miqyası nədir?

2 Cavab

0 səs
 

Miqyas - xəritə üzərindəki xəttin uzunluğunun Yer üzərində ona uyğun xəttin uzunluğuna olan nisbətidir. Məsələn, 1:1 000 000 miqyasında xəritənin 1 sm-i Yer üzərində 1 000 000 sm-ə və ya 10 km-ə uyğundur. Xəritələrdə ədədi miqyasla yanaşı, ölçmə üçün əlverişli olan xətti miqyas parçası da verilir. Adətən müxtəlif miqyaslı xəritələrdən istifadə edilir. Xəritələrin bəzisində bütöv planeti, digərində ayrı bir materik və ya ölkəni, üçüncüsündə isə vilayət və şəhər və s. görmək olar.

Xəritə üzərində istənilən obyektin uzunluğunu 0,1 mm dəqiqliyə qədər ölçmək olar. Bu, həddi qrafik dəqiqlik əmsalıdır. Dəqiqlik əmsalı nazik xəttin qalınlığına və yaxud ölçü pərgarının iti uclarının yaratdığı dairənin diamet-rinə bərabərdir.

Deməli, 1:1 000 miqyaslı müfəssəl planda iki məntəqə arasındakı məsafəni 10 sm dəqiqliklə, 1:10 000 000 miqyaslı xəritədə isə 10 km dəqiqliklə ölçmək olar. Bundan dəqiq nəticəni isə əldə etmək mümkün deyil. Xəritə miqyasında ifadə olunan 0,1 mm məsafə miqyasın həddi dəqiqliyi adlanır (burada göstərilən halda 1Ö sm və ya 10 km-dir).

Kiçik miqyaslı xəritələrdə bu və ya digər kartoqrafik proyeksiyalann təhrif olunması ucbatından problemlər yaranır. Xəritələrin aşağı sağ küncündə iri rəqəmlərlə yazılan miqyas yalnız sıfır təhrifli nöqtə və ya xətlər üçün, yəni kürə ilə xəyali müstəvinin kəsişdiyi və ya toxunduğu nöqtədə dəqiq və əlverişlidir. Buna xəritənin baş miqyası deyilir. Xəritənin digər hissələrində isə miqyas təhrif olunur və bu, xüsusi miqyas adlanır. Onu təyin etmək üçün xüsusi hesablamalar tələb olunur.

0 səs
Dtg

Oxşar suallar

0 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
0 səs
0 cavab
soruşub 24 Mayda anonim
0 səs
1 cavab
soruşub 23 Mayda anonim
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...