+1 səs
149 baxış
Yemək, Aşpazlıq bölməsində

Moruq kompotu necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Moruq kompotu hazırlayarkən onun təbii dadını, ətrini və xoş rəngini saxlamaq olar, lakin boya maddələrinin bir hissəsi şərbətə keçdiyindən (kompotun şirəsi yaqutu rəngdə olur) moruğun rəngi bozumtul-bənövşəyi rəngə çevrilir. Moruğun meyvəsi çox vaxt moruq böjəyi sürfələri ilə zədələnmiş olur. Belə moruğu 1 l suya 2 ç.q. duz tökməklə hazırlanan 2%-li xörək duzu məhlulunda 5-10 dəq saxladıqda ağ qurdlar suyun səthinə çıxır. Giləmeyvəni axar su altında və ya içərisində təmiz soyuq su olan iri qazanda yumaq olar. Yuyulmuş giləmeyvələr bankalara yığılır, dolduqdan sonra üstünə şərbət tökməzdən qabaq bankalardan artıq suyu süzmək lazımdır. Giləmeyvələri bir qədər sıx yığmaq üçün bankaları yüngüljə yırğalamaq olar. Əgər banka giləmeyvə ilə tam doldurulmuşsa, onda üstünə tündlüyü 55%, temperaturu isə 90- 950J olan şərbət tökülür. Giləmeyvə bankanın 1/2-1/3 hissəsi qədər götürülmüşsə, onda tündlüyü 30-35% olan şərbət tökülür. Ev şəraitində litrlik bankaya 2-1,5 st moruq və 1 st tozşəkər əlavə etdikdə dadlı və ətirli kompot alınır. Litrlik bankanı 8-10 dəq pasterizə edir və laklanmış tənəkə qapaqla germetik bağlayırlar.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...