+1 səs
117 baxış
Yemək, Aşpazlıq bölməsində

Gavalı kompotu necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Kompot hazırlamaq üçün gavalının «Majar», «Renklod» və «Mirabel» sortlarından istifadə edilir. Konservləşdirmədən qabaq gavalı yuyulur, təmizlənir, ölçüsünə və yetişmə dərəjəsi68 nə görə çeşidlənir. Xırda gavalılar bütöv halda, iri gavalılar isə yarı bölünüb çəyirdəyi çıxarılmaqla konservləşdirilir. Gavalıları mütləq 5 dəq ərzində 80-85 0J temperaturda, isti suyun içərisində pörtlətmək lazımdır. Pasterizə və hətta pörtlətmə zamanı gavalının qabığı partlayır. Bunun qarşısını almaq üçün pörtlətməzdən qabaq gavalıları polad sanjaqla bir neçə yerdən deşdəkləmək lazımdır. Hazır gavalılar bankalara yığılıb üzərinə qaynar şəkər şərbəti əlavə edilir. Şəkər şərbətinin tündlüyü «Majar» gavalısı üçün 30%-li (1,5 st toz-şəkərə 3,5 st su), «Renklod» gavalısı üçün 40%-li (2 st toz-şəkərə 2 st su), «Mirabel» gavalısı üçün 45%-li (4,5 st toz-şəkərə 3 st su) olmalıdır. Bankaların ağzını qaynayan suda sterilləşdirilmiş tənəkə qapaqla örtüb, pasterizə etmək üçün istiliyi 60-700J olan suyun içərisinə qoymaq, qaynağa düşəndən sonra yarımlitrlik bankaları 10-12 dəq, litrlik bankaları 15-20 dəq, ikilitrlik bankaları 30 dəq, üçlitrlik balonları isə 40 dəq pasterizə etmək lazımdır. Pasterizə zamanı suyu çox da bərk qaynatmaq olmaz. Əks halda gavalılar partlayıb əzilə bilər. Pasterizə edilmiş bankaları tənəkə qapaqla germetik bağlayıb qapağı üstə qoyur və soyunana qədər həmin vəziyyətdə saxlayırlar. Hazır kompotu mütləq qaranlıq yerdə saxlamaq lazımdır ki, təbii rəngini itirməsin.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...