+1 səs
118 baxış
Yemək, Aşpazlıq bölməsində

İtburnu (Dərgil) kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Kompot hazırlamaq üçün irigiləli, tam yetişmiş, lakin yetişib ötməmiş (lalıxlamamış) itburnudan istifadə edilməlidir. İtburnu təmizlənir, yuyulur və hər litrlik bankaya 3/4 st itburnu və 3/4 st toz-şəkər (üçlitrlik balona 2 st itburnu və 2,5 st toz-şəkər) hesabı ilə götürülüb emallı qazanda banka və ya balonun həjmi qədər üzərinə su tökülüb 2-3 dəq qaynadılır. Bundan sonra kompotu qaynar-qaynar əvvəljədən sterilləşdirilmiş banka və ya balonlara töküb (əgər banka dolmazsa, dolana qədər çaydandan qaynayan su əlavə etmək olar) dərhal tənəkə qapaqla germetik bağlamaq, qapağı üstə qoyub soyutmaq lazımdır. İtburnudan kompot hazırladıqda bankaya toz-şəkər əlavə etməmək də olar. Bütün əməliyyalar yuxarıdakı ardıjıllıqla başa çatdırılır, lakin şəkər əlavə edilmir. Saxlanılma zamanı itburnunun tərkibindəki həll olan maddələr tamamilə suya keçir və kompot istehlak edilərkən ona hər kəs öz zövqünə görə şəkər əlavə edir.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...