+1 səs
102 baxış
Yemək, Aşpazlıq bölməsində

Ərik kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Kompot hazırlamaq üçün istifadə olunan əriklər tam yetişmiş, lakin ətliyi bərk olmalıdır. İrimeyvəli əriklərdən çəyirdəyi çıxarılıb 2 yerə bölünməklə, xırda əriklərlərdən isə bütöv şəkildə kompot hazırlanır. Çəyirdəyi çıxarılmaqla hazırlanan ərik kompotunun dad və ətrini yaxşılaşdırmaq üçün hər litrlik bankaya 10-12 ədəd badam ləpəsi və ya əriyin öz çəyirdək ləpəsini əlavə etmək məsləhətdir. 66 Əgər ərik bankalara ağzınajan doldurulajaqsa, onda şirin əriklər üçün 30%-li, yarı bölünüb çəyirdəyi çıxarılmış əriklər üçün 50%-li, bütöv şəkildə konservləşdirilən digər əriklər üçün 40%-li şəkər şərbəti hazırlanır. Kompotda meyvənin az, şərbətin çox olmağını istəyirsinizsə, onda hər üçlitrlik balona 700-800 q ərik, 2-2,5 st toz-şəkər götürün. Litrlik bankalar 15- 18 dəq, üçlitrlik balonlar isə 30 dəq qaynayan suda pasterizə edilir. Əgər banka meyvə ilə doldurulmuşsa, onda pasterizə müddəti uyğun olaraq 25 və 45 dəq davam etdirilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...