Konservləşdirmək üçün meyvəsi ətli və tumu az ənjir sortları götürülməlidir. Bir bankaya eyni rəngli və eyni sort ənjir yığılmalıdır. Konservləşdiriləjək ənjir axar su altında yuyulur (qumu axıtmaq üçün), saplağı təmizlənir və qaynar suda 5-6 dəq pörtülür. Pörtülmüş ənjir bankalara yığılır. Üzərinə 35-40%-li şəkər şərbəti tökülür. Şərbəti ənjir pörtülən suda hazırlamaq olar. Üçlitrlik balona 1,5-2,0 st toz-şəkər götürülür. Meyvələr bankalara sıx yığılır, litrlik bankalar 15- 20 dəq, üçlitrlik balonlar 40-45 dəq pasterizə edilir.