+1 səs
123 baxış
Yemək, Aşpazlıq bölməsində

Qara qarağat kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Qara qarağat zərif giləmeyvə olduğu üçün ehtiyatla konservləşdirilməlidir ki, giləmeyvələr zədələnməsin və onların rəngi korlanmasın. Yığım zamanı tutumu 5 kq-dan çox olmayan səbətlərdən, yarım yeşiklərdən və xəlbirlərdən istifadə edilir. Giləmeyvələr seçilir, xırda budaqlardan, saplaqlardan, yarpaqlardan, qurumuş və büzüşmüş gilələrdən təmizlənir. Bəzən qara qarağatı ölçüsünə görə çeşidləyirlər. Kompot üçün iri və orta ölçülü giləmeyvələr götürülür, xırdalardan isə püre və şirə hazırlanır. Seçilmiş giləmeyvələr yuyulur, süzgəjə boşaldılıb suyu süzüldükdən sonra bankalara yığılır, üzərinə qaynar şəkər şərbəti tökülür. Banka giləmeyvə ilə ağzınajan doldurulduqda 60%-li, giləmeyvə bankanın 1/3 hissəsi qədər götürüldükdə 30%-li şəkər şərbətindən istifadə edilmir. Əgər kompot fərdi olaraq ayrı-ayrı banka və ya balonda hazırlanırsa, onda litrlik bankaya 1 st, üçlitrlik balona isə 2,5-3 st toz-şəkər qatılmalıdır. Yarımlitrlik bankalar 13-15 dəq, litrlik bankalar 20 dəq, üçlitrlik balonlar 30-35 dəq pasterizə edilir. Bankaların ağzını laklanmış tənəkə qapaqla germetik bağlayıb, qapağı üstə soyuyana qədər saxlayırlar. İkinji üsul. Emallı qazana hər üçlitrlik balon üçün 2-2,5 st qara qarağat, 2,5 st toz-şəkər və təxminən balonun dolması üçün su əlavə edilir, qaynayana qədər qızdırılır və əvvəljədən sterilləşdirilmiş balonlara tökülüb germetik bağlanır, qapağı üstə qoyulub soyuyana qədər saxlanılır.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...