Böyürtkən kompotu hazırlamaq üçün irigiləli, tünd rəngli giləmeyvələr seçilir, kənar qarışıqlardan təmizlənilir, yuyulur. Böyürtkən az-az süzgəjdə yuyulur, suyu süzüldükdən sonra bankalara yığılır, üzərinə 60%-li qaynar şərbət tökülür. Şərbət hazırlamaq üçün 1 l suya 1,5 kq şəkər əlavə edilir, qaynadılır, kəfi yığılır, lazım gələrsə süzülür. Alınmış şərbət təxminən 5-6 ədəd litrlik bankaya kifayət edir. Lakin bankaları ağzınajan böyürtkənlə doldurmaq lazımdır. Əgər kompot ayrı-ayrı bankalarda fərdi olaraq hazırlanırsa, onda litrlik bankaya 1 st toz-şəkər və dolanajan qaynar su tökmək lazımdır. Üçlitrlik balona isə 2,5-3 st toz-şəkər əlavə olunmalıdır. Litrlik bankaları 15-20 dəq, üçlitrlik balonları 30-35 dəq pasterizə edirlər.