+1 səs
174 baxış
Yemək, Aşpazlıq bölməsində

Assorti kompotları necə hazırlanır?

1 cavab var:

0 səs
Sənaye üsulu ilə 4 müxtəlif xammal növündən qarışıq halda bir neçə assorti kompotları hazırlanır. Bu məqsədlə alma, armud, heyva, şaftalı, gilas, ərik, mandarin və üzümdən istifadə olunur. Bu meyvələrin yetişmə müddəti müxtəlif olduğundan tez yetişənləri 20%-li şəkər şərbətində saxlayırlar.
Lakin ev şəraitində bu, işi bir qədər çətinləşdirir. Hər kəs öz zövqünə görə 2 və daha çox meyvənin qarışığından assorti kompotu hazırlaya bilər. Lakin 4-5 meyvə qarışığından hazırlanan kompot daha dadlı olur. Bəzi ədəbiyyatlarda assorti kompotları «meyvə salatı» adı ilə verilir.
Ən geniş yayılmış assorti kompotu albalı, alça və ərikdən hazırlanır. Üçlitrlik balona 1,5 st albalı, 10 ədəd alça, 5-6 ədəd orta irilikdə çəyirdəyi çıxarılıb yarı bölünmüş ərik və 2 st tozşəkər tökülür. Bir neçə balon kompot hazırladıqda 10 l suya 2,5 kq şəkər əlavə etməklə şirə hazırlanır, meyvələr banka və balonlara yığılıb üzərinə şəkər əlavə edilir, litrlik bankalar 20 dəq, ikilitrlik bankalar 30 dəq, üçlitrlik balonlar 40 dəq qaynayan suda pasterizə edilir.
Başqa meyvələrdən assorti kompotları hazırlandıqda turşuluğu az olan meyvələr turşuluğu çox olan meyvələrlə qarışdırılır. Tünd qırmızı rəngli meyvə-giləmeyvələr, açıq sarımtıl rəngli meyvələrlə qarışdırıla bilər.
Assorti kompotlarını aşağıdakı meyvə qarışığından da hazırlamaq olar:
1. şaftalı – 30%, armud – 30%, gilas – 30%, narıngi – 10%;
2. şaftalı – 30%, armud – 30%, ərik – 30%, gilas – 10%;
3. şaftalı – 30%, armud – 40%, üzüm – 30%;
4. armud – 30%, heyva – 40%, üzüm – 30%;
5. armud – 30%, alma – 40%, üzüm – 30%.
Assorti kompotu üçün istifadə olunajaq meyvə-giləmeyvə ayrı-ayrılıqda təmizlənir, yuyulur, lazımi nisbətdə banka və balonlara yığılıb üzərinə tərkibində 30-35% şəkər olan şərbət tökülür. Bankanın dibində sudan yüngül meyvələr (alma, ərik, üzüm), üstündən isə şaftalı, armud və heyva yığılmalıdır. Assorti kompotlarında banka və balonlar ağzınajan meyvə ilə doldurulur, litrlik bankalar 20-25 dəq, ikilitrlik bankalar 30-35 dəq, üçlitrlik balonlar 40-45 dəq pasterizə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...