+1 səs
156 baxış
Yemək, Aşpazlıq bölməsində

Armud kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Kompot hazırlamaq üçün armudun tam yetişmiş, bərk konsistensiyalı payız və qış sortlarından istifadə edilir. Yay armudlarından kompot hazırlamaq məsləhət görülmür. Ar- muddan qabıqlı və qabıqsız, doğranmış və ya bütöv halda kompot hazırlamaq olar. Armudun özəyində qaba, daşlaşmış
bərk toxumalar olduğundan diqqətlə təmizlənməlidir. Əgər kompot qabığı soyulmuş armuddan hazırlanırsa, meyvələri çiçək kasajığından saplağa doğru uzununa soymaq daha rahatdır. Armudun zərif sortlarından qabıqla kompot hazırlanır.
Təmizlənmiş armudu 0,1%-li limon turşusu məhlulunda (8-10 l suya 1 ç.q. limon turşusu) qaynayan halda 3-5 dəq pörtürlər. Pörtülmüş armudları bankalara yığıb üzərinə 30%-li şərbət (3 st su, 1,5 st toz-şəkər) töküb pasterizə edirlər. Armudun tərkibində üzvi turşular az olduğundan bir qədər çox, yəni yarımlitrlik bankaları 20-25 dəq, litrlik bankaları 30-35 dəq, üçlitrlik balonları 50 dəq pasterizə edirlər.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...