+1 səs
172 baxış
Yemək, Aşpazlıq bölməsində

Alça kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Alça növləri rənginə, dadına, formasına və ölçüsünə görə biri digərindən fərqlənir. Konservləşdirmə zamanı alçanın dadı (şirinliyi) və başqa xüsusiyyətləri nəzərə alınır. Mədəni irimeyvəli alça sortları yabanı halda yetişənlərə nisbətən şirin olur və kompotu, əsasən iri sarı, tünd qırmızımtıl-bənövşəyi alça sortlarından hazırlayırlar.
Seçilib yuyulmuş alçalar bankalara yığılır, üzərinə tərkibində ən azı 35% şəkər olan qaynar şərbət tökülür. Ev şəraitində üçlitrlik balona 2 st toz-şəkər əlavə edilir. Bəzi alça sortlarının qabığı pasterizə zamanı partlayıb kompotun görünüşünü pis şəklə salır və ona görə də kompotun şirəsi bulanıqlaşır. Bunun qarşısını almaq üçün alçaları bankaya yığmazdan əvvəl polad sanjaqla və ya çəngəllə bir neçə yerdən deşdəkləmək məsləhət görülür.
Şərbət bankanın ağzından 1,5-2 sm aşağı olmalıdır.
Qaynar şərbət tökülmüş bankaları qaynar suyun içərisinə yerləşdirib qaynamağa başlayan andan etibarən yarımlitrlik bankaları 10-12 dəq, litrlik bankaları 15-18 dəq, ikilitrlik bankaları 20-25 dəq, üçlitrlik balonları 30-35 dəq pasterizə etmək lazımdır.
Bir qayda olaraq ev şəraitində alçadan ərik və albalı ilə qarışıq halda kompot (assorti kompotu) hazırlanır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...