+1 голос
99 просмотров
от в категории Yemək, Aşpazlıq

Alma kompotu necə hazırlanır? 

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Alma yuyulur, təmizlənir, 4 yerə doğranılır, xırda almalar isə bütöv konservləşdirilir. Ətliyi bərk olan şirin alma 80-90° temperaturda 30%-li şəkər məhlulunda 4-5 dəq pörtülür. Pörtmək üçün istifadə olunan şirə sonradan bankalara yığılmış meyvənin üstünə tökülür. Turş almaları pörtmək məsləhət deyil. Balona yığılmış almaların (balonun tutumunun 1/3-1/2 hissəsi qədər) üzərinə 10 1 suya 2,5 kq toz-şəkər qatılmış şirə töküb (və yaxud üçlitrlik balona 2 nazik st) litrlik bankaları 15 dəq, ikilitrlik bankaları 25 dəq, üçlitrlik balonları 35 dəq pasterizə etmək lazımdır. Pasterizə olunmuş bankaların ağzını tənəkə qapaqla germetik bağlayıb, qapağı üstə bir gün saxlayıb soyutmaq lazımdır.

Əgər banka və balonlara alma çox sıx yığılarsa, onda istifadə olunan şərbətin tündlüyü 35% olmalıdır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
...