+1 səs
87 baxış
Yemək, Aşpazlıq bölməsində

Albalı kompotu necə hazırlanır?

1 cavab var:

0 səs
Albalı təmizlənir, yuyulur və hər üçlitrlik balona bir banka (0,7-0,8 1-lik) hesabı ilə götürülür, tutacaqlı süzgəcə tökülür. 10 1:suya 2 kq şəkər hesabi ilə şərbət hazırlanır. İçərisinə süzgəc yerləşə biləcək qazanda su qızdırılır. Albalı olan tutacaqlı süzgəc qaynayan suyun içərisinə yerləşdirilib 4-5 san saxlanılır və çıxarılıb suyu süzüldükdən sonra sicrilləşdirilmiş balonlara tökülür. Balondakı meyvənin üstünə dolana qədər qaynayan şirə əlavə edilib ağzı germetik bağlanır və qapağı üstə qoyulub soyuyana qədər saxlanılır.

Əgər kompot litrlik bankada hazırlanacaqsa, onda hər bankaya 1 st albalı və 3/4 st toz-şəkər götürmək lazımdır. Bankaya yığılmış albalının üzərinə yuxarıdakı qaydada hazırlanmış şərbətdən də tökmək olar.

Əgər albalı kompotu hazırladıqda banka və ya balonu ağzınacan albalı ilə sıx doldurmaq istəyirsinizsə, onda üzərinə 607 o tündlüyündə şərbət tökmək lazımdır. Şərbət albalının səthini tamamilə örtməli və bankanın daralan boğazı səviyyəsində olmalıdır. Belə kompot hazırladıqda yarımlitrlik bankaları qaynayan suda 10-12 dəq, litrlik bankaları 13-15 dəq, üçlitrlik balonları isə 30 dəq pasterizə ctmək lazımdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
...