Müsbət xüsusiyyətləri eneriili, mətin, müstəqil, qabaqda gedən, güclüdür.
Mənfi xüsusiyyətləri çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.
Son dərəcə hərəkətli və dinamikdir. İstəkləri də çox güclüdür. Hətta həyatını istəkləri istiqamətləndirər deyilə bilər. Bu insanda güclü bir "mən" duyğusu vardır. Elmi və elmlə məşğul olanları sevər, hətta müsbət elm onun da böyük maraq əlaqəsini çəkər. Çünki qəti və açıq şeylərdən xoşlanar. Davranışları ani, reaksiyaları isə sərtdir. O müstəqilliyinə çox düşkündür. Tez-tez heç düşünmədən hərəkətə keçər. Düşündüyü zaman susar. Hər şeyin açıq olmasından xoşlanar. Əgər bir mövzuda fərqli düşünürsə bunu gizlətmənin saxtakarlıq olduğuna inanar.