+2 голосов
122 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

YUNESKO nədir?

1 Ответ

0 голосов
от
Beynəlxalq hökumətləra- rası təşkilat, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış təsisatı; 16.XI.1945 ildə Londonda 44 ölkənin nümayəndələrinin konfransında {Beynəlxalq konfranslar) təsis edilib. Həmin konfransda təsdiq edilən YUNESKO Nizamnaməsi 04.XI.1946 ildə qüvvəyə minib.
YUNESKO-nun əsas vəzifəsi təhsil, elm, mədəniyyət və informasiya sahələrində xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərməkdir. YUNESKO-nun ali orqanı - Baş konfrans üzv ölkələrin nümayəndələrinin iştirakı ilə 2 ildə bir dəfə sessiyalar keçirir. Baş konfransın qəbul etdiyi proqramların və planların yerinə yetirilməsinə 4 il müddətinə seçilən icra Şurası məsuliyyət daşıyır. YUNESKOnun daimi işçi orqanı - Katiblik-baş direktordan və üzv ölkələrin vətəndaşlarından seçilən məmurlardan ibarətdir. Baş direktor icra Şurasının təqdimatı ilə Baş konfrans tərəfindən 6 ilə təyin edilir. Baş qərargahı Parisdədir. YUNESKO öz işini 2 illik proqramlar və orta müddətli (6 illik) planlar əsasında qurur. Təhsil sahəsində ayrı-seçkiliklə mübarizəyə dair 1960 il Konvensiyası, Beynəlxalq qarşılıqlı anlaşma, əməkdaşlıq və sülh ruhunda tərbiyəyə, insan haqlarına və əsas azadlıqlara hörmət ruhunda tərbiyəyə dair 1974 il tövsiyəsi Kütləvi informasiya vasitələrinin sülh və beynəlxalq qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, irqçiliklə mübarizəyə, aparteidin kökünü kəsməyə və müharibəyə təhrik etməyə yol verilməməsinə göstərə biləcəyi xidmətin əsas prinsiplərinə dair 1978 il Bəyannaməsi YUNESKO tərəfindən görülən ən mühüm tədbirlərdəndir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 13 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 05 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
2 ответов
спросил 12 Апр от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
2 ответов
спросил 10 Март от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 03 Март от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...