+2 səs
148 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

«Yetmiş yeddilər qrupu» nədir?

1 cavab var:

0 səs
 
BMT-də və ona bağlı təşkilatlarda əsas beynəlxalq iqtisadi və bəzi digər məsələlər üzrə vahid mövqeli inkişaf etməkdə olan dövlətlər qrupu. Qrupun adı 1964 ildə BMT-nin Ticarət və inkişaf üzrə konfransının (YUNKTAD) 1-ci sessiyasında yaranıb. Həmin sessiyada 77 inkişaf etməkdə olan dövlət bəyan etmişlər ki, onlar ən mühüm beynəlxalq iqtisadi problemlərin həlli yollarını birlikdə axtarmaq və bununla da öz diplomatik fəaliyyətlərində çoxtərəfli əsasda yeni mərhələ açmaq niyyətindədirlər.
Qrup Asiya, Afrika və Latın Amerikası üzrə 3 regional yarımqrupu ehtiva edir. Onların tövsiyələrinə əsasən, nazirlər səviyyəsində keçirilən ümumqrup müşavirəsində yeni üzvlərin qəbulu keçirilir.
Qrup üzvü ölkələrinin 1967 ildə Əlcəzairdə keçirilmiş 1-ci müşavirəsində qəbul edilən xartiyada müəyyən edildi ki, qrup zərurət yarandıqda, beynəlxalq iqtisadi problemlər üzrə ümumi mövqe işləyib hazırlamaqdan ötrü nazirlər səviyyəsində, mütləq qaydada YUNKTAD-ın hər sessiyasından əvvəl toplanacaqdır. Elə həmin vaxt BMT Katibliyi yanında və BMT-nin ixtisaslaşdırılmış təsisatlarının qərargahlarında 77-lərin əlaqələndirmə qrupları yaradıldı.
Qrupun nazirlər səviyyəsində müşavirələri 1971 ildə Limada, (Peru), 1976 ildə Manila (Filippin), 1979 ildə Aruşa (Tanzaniya), 1983 ildə Buenos- Ayresdə (Argentina) keçirilmişdir. Ma-nilada keçirilən müşavirədə Qrupun daimi katibliyinin yaradılması məsələsi müzakirə edilsə də indiyədək bu sahədə konkret bir iş görülməmişdir.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
...