+2 səs
178 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Yeni müstəmləkəçilik (neokolonializm) nədir?

1 cavab var:

0 səs
Müstəmləkə sisteminin dağıdıldığı (Müstəmləkə sistemi və onun dağılması) şəraitdə azad olmuş ölkələrə münasibətdə iri dövlətlər tərəfindən formalaşdırılan qeyri-bərabər münasibətlər sistemi Yeni müstəmləkəçilikdə başlıca məqsəd - keçmiş müstəmləkələri və yarımmüstəmləkələri dünya kapitalist təsərrüfatı orbitrində saxlamaq, inkişaf etməkdə olan dövlətlərin hesabına Qərbin iqtisadi böhranını ləngitmək, bu dövlətlərin üzərində siyasi nəzarəti saxlamaq, habelə ərazilərindən hərbi-stratecı məqsədlərə istifadə etməkdir. Yeni müstəmləkəçilikin ideoloji platformasını inkişaf etmiş kapitalist ölkələri ilə inkişaf etməkdə olar ölkələr arasında «qarşılıqlı asılılıq» ve «tərəfdaşlıq» haqqında əsassız mülahizələr təşkil edir. Yeni müstəmləkəçilikin əsasında siyasi, ideoloji və hərbi təzyiq metodları ilə uzlaşan iqtisadi ekspansiya durur.
Yeni müstəmləkəçilik siyasəti bu tendensiyam ləğv etmək və beynəlxalq iqtisadi münasibətləri yenidən qurmaq uğrunda fəal mübarizə aparan azad ölkələrin geriqalma səbəblərindən biridir.
1960-1970 illərdə azad olmuş ölkələrin qətiyyətli səyləri Yeni müstəmləkəçilikin böhranına gətirib çıxardı. Bu proses beynəlxalq münasibətlərin yenidən qurulması uğrunda başlanan hərəkatla üzvi surətdə bağlıdır.

Oxşar suallar

+1 səs
1 cavab
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...