İştirakçılarının mövqeyini əks etdirməklə beynəlxalq toplantının (konfrans (Beynəlxalq konfranslar), konqres (Beynəlxalq konqres), müşavirə) işini yekunlaşdıran sənəd; Yekun aktı özünün məzmun və hüquqi mahiyyəti baxımından müxtəlif olur və bu müxtəliflik konfransın işinin xarakteri, məqsəd və qayəsi, habelə gedişi ilə müəyyən edilir.
Yekun akt istilahından çox vaxt beynəlxalq müqavilələri adlandırmaqda istifadə olunur, məs. Tancerdə beynəlxalq rejimin bərpasına dair 1945 ıl Paris konfransının Yekun aktı; Radio verilişlərinə dair 1963 il beynəlxalq konfransın Yekun aktı və s.
Beynəlxalq müşavirələrin yekun sənədinə nümunə kimi Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin Yekun aktını göstərmək olar.