+2 гол-в
106 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Yekdil səs prinsipi nədir?

1 Ответ

0 гол-в
от
Yekdil səs prinsipi (BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ötrü). 1945 il Yalta (Krım) Konfransında razılaşdırılmış, 1945 il San-Fransisko konfransında işlənib hazırlanmış və BMT Nizamnaməsinə daxil edilmişdi.
Yekdil səs prinsipinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasında prosedur məsələlərdən başqa, istənilən məsələ, hətta Beynəlxalq Məhkəmə üzvlərinin seçilməsinə dair qərar o şərtlə qəbul oluna bilər ki, onun lehinə, Təhlükəsizlik Şurasının bütün beş daimi üzvünün - Rusiya Federasiyası, Çin, ABŞ, Böyük Britaniya və Fransanın üst-üstə düşən səsləri də daxil olmaqla, 9-dan az səs verilməsin.
BMT Nizamnaməsinin VI fəslinə müvafiq olaraq, mübahisənin dinc yolla nizama salınmasına dair Təhlükəsizlik Şurası tərəfindən qərar çıxarılarkən bu mübahisədə tərəflərdən biri kimi keçən şura üzvü (daimi, yaxud qeyri-daimi) səsvermədə bitərəf qalmalıdır. Lakin Təhlükəsizlik Şurasının daimi üzvü mübahisə xarakteri daşımayan situasiyada onun mənafelərinə toxunulduqda, səsvermədən kənarda qalmamalıdır. Təhlükəsizlik Şurasının baxdığı məsələnin mübahisə xarakterli olub- olmaması Yekdil səs prinsipi əsasında müəyyən edilir. Beləliklə, əgər Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri «veto hüququwndan istifadə edirsə, Təhlükəsizlik Şurası qeyri-prosedur məsələlər üzrə, heç bir qərar çıxara bilməz. Yekdil səs prinsipi BMT Nizamnaməsinin 108 və 109-cu maddələrində təsbit edilib. Bu maddələrdə göstərilir ki, Nizamnaməyə hər hansı düzəliş edilməsi, Şuranın daimi üzvlərini hamılıqla təsdiqi olmazsa, qüvvəyə minə bilməz.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...