+2 səs
98 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Yaponiyada uzaq şərq komissiyası

1 cavab var:

0 səs
 
SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin 1945 il Moskva müşavirəsinin qərarı ilə XII. 1945 ildə təsis edildi. Qərargahı Vaşinqtonda yerləşməklə 11 dövlətin (SSRİ, ABŞ, İngiltərə, Çin, Fransa, Hollandiya, Kanada, Avstraliya, Yeni Zellandiya, Hindistan və Filippin) nümayəndələrindən təşkil edilmişdi. Uzaq Şərq komissiyasının əsas vəzifəsi - ümumi siyasi xətt işləyib hazırlamaq və ona əsasən Yaponiyanın təslim şərtlərinə müvafiq olaraq götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etmək idi.
Komissiyanın qərarları səs çoxluğu ilə, həm də SSRİ, ABŞ, Böyük Britaniya və Çinin mövqelərinin üst-üstə düşməsi şərti ilə qəbul olunurdu.
«Təslimdən sonra Yaponiyaya dair əsas siyasət barədə», habelə Yeni Yaponiya konstitusiyasının əsas prinsipləri haqqında, hərbi-sənaye potensialının ixtisarına dair, aqrar islahatlar barədə və s. qərarlar komissiyanın fəaliyyətində əhəmiyətli yer tutmuşdur.
1948 ildən başlayaraq ABŞ Komissiya ilə hesablaşmamaq yolunu tutdu. 1952 ildə San-Fransisko sülh müqaviləsinin qüvvəyə minməsilə komissiya öz işini dayandırdı.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
1 cavab
...