+2 голосов
101 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Yaddaş kağızı nədir?

1 Ответ

0 голосов
от
Diplomatik yazışma sənədinin növlərindən biridir. Diplomatik praktikada yaddaş kağızı söhbət zamanı edilmiş müraciəti təsdiq etmək üçün şəxsən təqdim olunur. Yaddaş kağızının təqdim olunmasında məqsəd edilmiş müraciətin və ya müzakirə olunan xahişin əhəmiyyətini artırmaqdan, şifahi deyilənələrin səhv ifadə olunması və ya səhv başa düşülməsinin qarşısını almaqdan ibarətdir.
Yaddaş kağızı müəyyən bir forma olmadan, xüsusi ifadələr işlədilmədən tərtib olunur. Yaddaş kağızıda hər hansı müraciət və komplement olmur. Yaddaş kağızı gerb olmayan sadə kağızda çap olunur, nömrə və möhür qoyulmur, ünvan göstərilmir Yer (şəhər) və təqdim olunma vaxtı çap olunur. Qeyd mətninin üstündə başlıq - Yaddaş kağızı - sözü çap olunur.
Bəzən elə hallar baş verir ki, səfirlik bu və ya digər məsələyə dair yaddaş qeydi təqdim etməyi nəzərdə tutmur, ancaq həmsöhbəti öz təşəbbüsü ilə Yaddaş kağızı verməyi xahiş edir. Əgər taktiki mülahizər üzündən səfirliyin Yaddaş kağızı təqdim etməyə etirazı olmazsa, Yaddaş kağızı şəxsən və ya verbal nota (Diplomatik nota) ilə, ya da xahişə əsasən vizit kartı ilə göndərilir.

Похожие вопросы

+2 голосов
1 ответ
+2 голосов
1 ответ
+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
+1 голос
1 ответ
спросил 13 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...