Vyetnamın təşəbbüsü ilə danışıqların birinci mərhələsi 18.IV-18.V.1979 ildə Hanoyda keçirilib. Vyetnam Sosialist Respublikası (VSR) nümayəndə heyəti sərhəd rayonlarında sülh və sabitliyi təmin etmək və dövlətlərarası normal münasibətləri yoluna qoymaq naminə mübahisə doğuran ərazi iddiaları məsələlərini danışıqlar yolu ilə həll etməyi təklif edirdi. Çin tərəfi VSR-ə qarşı ərazi iddiaları tələbi ilə çıxış etməklə yanaşı, həm də ondan müstəqil xarici siyasət xətti yürütməkdən imtina etməyi tələb edirdi. Danışıqların birinci mərhələsi ikitərəfli münasibətlərdə müsbət nəticələrin əldə edilməsinə gətirib çıxarmadı.
Çin tərəfi sülh danışıqlarını bərpa etmək barədə VSR-in təklifini rədd etdi.