+2 səs
147 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vyana ultimatumu (1876)

1 cavab var:

0 səs
 
Bosniya və Hersoqovinada üsyanla əlaqədar Avstriya- Macarıstan, Rusiya və Almaniya, habelə onlara qoşulan Fransa, İngiltərə və İtaliya tərəfindən Osmanlı hökumətinə verilən tələbnamə.
VIII.1875 ildə bu ölkələr Türkiyə ilə üsyançılar arasında vasitəçi olmaq üçün öz konsullarının xidmətindən istifadə etməyi sultana təklif etdilər. Avstriya-Macarıstanın xarici işlər naziri D.Andraşi Bosniya və Hersoqovina üçün islahatları ehtiva edən nota (Diplomatik nota) yazılmasını öz üzərinə götürdü. Layihə əhaliyə tam din və məzhəb azadlığı verilməsini, vergi- iltizam sisteminin ləğv olunmasını, vilayətlərin gəlirlərinin yerli ehtiyaclar üçün xərclənməsini, islahatların keçirilməsinə nəzarət edəcək qarışıq xristian və müsəlman komissiyasının yaradılmasını və xristian əhalinin torpaqla təmin olunmasını nəzərdə tuturdu.
Osmanlı hökuməti həmin tələbləri rədd etmiş və bu, Rusiyadan savayı qalan dövlətlərdə hər hansı etiraz doğurmamışdı. Vyana ultimatumu nəticəsiz qalmışdı.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...