+2 👍
136 👀
Cəmiyyət, Siyasət, KİV

Vyana sülh müqaviləsi (1738)

1 Ответ

0 👍
 
Лучший ответ
Polşa varisliyi üstündə gedən müharibəni başa çatdırdı; 18.XI. Avstriya ilə Fransa arasında bağlanıb və əsasən Avstriya, Fransa, İspaniya və Sardiniya arasında 03.X. 1735 ildə Vyanada imzalanmış preliminar sülh müqaviləsinin (Beynəlxalq müqavilə) şərtlərini təkrarlayırdı. Vyana sülh müqaviləsinə görə, Fransa 1713 il Praqmatik sanksiyaya təminat verir, Saksoniya knyazı III Avqustu Polşa kralı kimi tanıyırdı. St.Leşşinskiyə ömürlük kral titulu verilir, Lotaringiya və Bar qraflığı onun ixtiyarına keçir, lakin o öləndən sonra qraflıq Fransaya qaytarılmalı idi. İmperator VI Kralın kürəkəni Lotaringiya hersoqu Frans Stefan Lotaringiyanın əvəzi olaraq Parmaya, Pya- çensuya və Toskaniyaya yiyələnirdi. Avstriya 1713 il Utrext sülh müqaviləsilə əldə etdiyi hər iki Sicilya krallığından imtina edirdi. Sardiniya Avstriyaya məxsus Milan hersoqluğunun bir hissəsinə (Navarra, Tortona) sahib olurdu.
Vyana sülh müqaviləsi Avstriyanın XVIII əsrin ortalarında hərbi və diplomatik məğlubiyyətlər silsiləsində ilk həlqələrdən biri oldu. Uğursuz türk müharibəsinə girişən Avstriya Fransa ilə ilkin müqavilənin ağır şərtlərilə razılaşmağa məcbur oldu.
...