+2 səs
279 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vyana reqlamenti nədir?

1 cavab var:

0 səs
 
19.111.1815-ci ildə Avstriya, İngiltərə, İspaniya, Portuqaliya, Prussiya, Rusiya, Fransa və İsveç nümayəndələri tərəfindən imzalanmış Vyana konqresinin Yekun aktına 17 saylı əlavədir. Vyana reqlamenti diplomatik dərəcələrin (Diplomatik dərəcələr və rütbələr) vahid təsnifatını aparmışdır, bu da Vyana konqresindən əvvəlki dövrdə dövlətlər arasında çox vaxt ciddi fikir ayrılığına səbəb olan diplomatik nümayəndələrin üstünlüklərinə dair mübahisələrin kəsilməsinə kömək etmişdi. Vyana reqlamenti diplomatik nümayəndələrin aşağıdakı dərəcələrini müəyyən etmişdi: 1) səfirlər, leqatlar və nunsilər; 2) elçilər və ya monarx yanında akkreditə edilən şəxslər; 3) işlər müvəkkili. 21.XI.1818 il Aahen protokolu bu siyahıya nazir-rezident sinfini əlavə etmişdi. Nazir-rezident diplomatik nümayəndələrlə işlər müvəkkili arasında aralıq mövqe tuturdular. Vyana reqlamentinə görə birinci iki dərəcənin diplomatik nümayəndələri dövlət başçısı yanında akkreditə olunmuş hesab olunurdular, işlər müvəkkilləri xarici işlər naziri yanında akkreditə olunurdu. Nazir-rezidentlərin təyinatı XIX əsrin sonunda və XX əsrin əvvəllərində azalmağa başladı və 1938 ildə bir nəfər də olsun rezident-nazir qalmadı. Vyana reqlamentinə görə hər bir dövlətdə hər bir dərəcəyə aid diplomatik nümayəndənin eyni qəbul olunma qaydası müəyyən edilməli idi. Vyana reqlamentinin dördüncü paraqrafında müəyyən olunmuşdu ki, diplomatik nümayəndələr konfransda (Beynəlxalq konfranslar) onların rəsmi nota (Diplomatik nota) ilə məlumatlandırılmış qaydaı üzrə yer tutmalı idilər. O da qərara alındı ki, səlahiyyətli şəxslər konfransda müqavilələri (Beynəlxalq müqavilə) əlifba qaydası ilə imzalamalıdırlar. Bütün bunlar diplomatik rütbəyə görə birinciliyə dair kəskin mübahisələ
rə son qoysa da, bəzi məsələlər həll edilməmiş qaldı.
Vyana reqlamentinə görə səfirlər diplomatik nümayəndələrlə müqayisədə müstəsna hüquqlardan istifadə edirdilər. Hesab edilirdi ki, ancaq böyük dövlətlər səfir təyin və qəbul edə bilər və səfir dövlət başçısının şəxsi nümayəndəsi kimi akkreditə olunduğu dövlətin başçısı ilə birbaşa danışıqlar aparmaq hüququna malikdir, halbuki elçi bu hüquqa iddia edə bilməzdi. Səfirlər və diplomatic nümayəndələr arasında bu və ya digər fərqlər dövlətlərə qeyri-bərabər münasibəti özündə əks etdirirdi.
Beynəlxalq hüquqda bütün böyük və kiçik dövlətlərin suveren (Dövlətin suverenliyi) bərabərliyi prinsipinin təsdiq olunması ilə səfirlər və diplomatik nümayəndələr arasındakı fərqlər aradan qalxırdı. Beynəlxalq hüquqda və diplomatik praktikada diplomatik nümayəndələr arasında heç bir fərq qoymamaq prinsipi geniş yayılmağa başladı.
Vyana reqlamenti 18.IV.1961 il diplomatik münasibətlərə dair Vyana Konven- siyasınadək (Vyana konvensiyası 1961) qüvvədə olmuşdur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...