+2 səs
186 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vyana konvensiyası (1963)

1 cavab var:

0 səs
 
Nüvə ziyanı müqabilində mülki məsuliyyətə dair sənəd. 29.IV-19.V. Vyanada keçirilən beynəlxalq konfransda qəbul edilib. 12.XI.1977 ildən qüvvəyə minib; Argentina, Boliviya, Misir, Kamerun, Kuba, Niger, Peru, Trinidad və Tobaqo, Filippin, Yuqoslaviya barəsində tətbiqi nəzərdə tutulub.
Vyana konvensiyası atom enerjindən dinc məqsədlərlə istifadə olunması zamanı vurulan ziyanın ödənilməsi məsələlərini nizamlayır və bir sıra məfhumların, o cümlədən, nüvə materialı, nüvə yanacağı, nüvə qurğusu, nüvə insidenti, nüvə zərəri, qurğu operatoru və s. anlayışların təsfirini verir, ələlxüsus nüvə qurğusu operatorunu bu avadanlığa cavabdeh məsul şəxs kimi səciyyələndirir.
Vyana konvensiyası nüvə ziyanı müqabilində mütləq məsuliyyət nəzərdə tutur və bu məsuliyyət müvafiq qurğu operatorunun üzərinə düşür. Lakin zərər çəkən tərəf ziyanın nüvə qurğusu operatorunun səhvi, yaxud kobud səhlənkarlığı üzündən vurulduğunu sübuta yetirməlidir. Zərərçəkən tərəf ona vurulan zərərin baş verən hadisənin nəticəsi olduğunu sübuta yetirərsə, operator cavabdehlik daşıyır.
Hər dövlət insidentə görə öz operatorlarının məsuliyyətini 5 mln. dollardan az olmayan məbləğdə müəyyənləşdirməli və həmin məbləğ sığorta, yaxud digər maliyyə təminatları ilə ödənilməlidir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...