+2 гол-в
149 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Vyana konvensiyası (1961)

1 Ответ

0 гол-в
от
 
Лучший ответ
Diplomatik əlaqələrə dair 53 maddədən ibarət əsas beynəlxalq hüquqi sənəd; dövlət başçıları yanında diplomatik nümayəndəliklərin status və funksiyalarını müəyyən edir; 18.IV Vyanada BMT-nin diplomatik əlaqələrə və immunitetlərə dair konfransında qəbul edilib.
Vyana konvensiyasısı, ələlxüsus, diplomatik münasibətlərin qurulması, diplomatik nümayəndəliyin başçısının (Diplomatik başçılıq) akkreditə edilməsi və onun funksiyalarının dayandırılması, nümayəndəliyin əməkdaşlarının təyin olunması, onların və ailə üzvlərinin gəlib-getmələri barədə qəbul edən dövlətin XİN-ə bildirilməsi qaydalarını, habelə nümayəndəliklərin başçılarına verilən dərəcələri (Dilomatik dərəcələr və rütbələr) müəyyən edir.
Vyana konvensiyasıda nümayəndəliyin başçısının, yaxud diplomatik heyətin üzvlərindən kiminsə arzuedilməz şəxs (persona non qrata) elan olunması ilə bağlı normalar verilir.
Vyana konvensiyası müvafiq dərəcədən olan nümayəndəliklərin başçılarının və diplomatik heyət üzvlərinin öncüllüyü məsələlərini (Diplomatik öncüllük) tənzimləyir, habelə nümayəndəliyin başçısı vəzifəsini müvəqqəti yerinə yetirən şəxsin təyin olunması qaydalarını nəzərdə tutur (Müvəqqəti işlər vəkilləri).
Vyana konvensiyasının xeyli hissəsi diplomatik imtiyazlara və immunitetlərə (Diplomatik imtiyazlar və toxunulmazlıq hüququ) həsr olunub. Preambulada göstərilir ki, VK ilə bilavasitə nəzərdə tutulmayan məsələlər əvvəlkitək beynəlxalq adi hüquq normaları ilə tənzimlənməlidir.
Vyana konvensiyasına 2 fakültativ protokol əlavə olunub: a) Beynəlxalq Məhkəmənin icbari yurisdiksiyası; b) qəbul edən ölkənin vətəndaşlığa dair qanunvericiliyinin diplomatik nümayəndəliklərin üzvlərinə tətbiq edilməməsi.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...