+2 səs
186 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vyana konqresi (1814-1815)

1 cavab var:

0 səs
Fransa imperatoru I Napoleonun (Napoleon I Bonapart) məğlubiyyətindən sonra Avropanın yeni siyasi və ərazi quruluşu haqqında konqres (Beynəlxalq konqres). Yekun aktının qəbul olunması ilə başa çatdı. Vyana konqresi-nin qərarlarına görə Fransa 1792 il sərhədlərini (Dövlət sərhədləri) bərpa etdi. Polşa çarlığı Rusiyaya birləşdirildi, Saksoniy-anın bir hissəsi, Reyn vilayəti və Vest-faliyanın çox hissəsi Prussiyaya verildi, Müqəddəs Roma imperiyası ləğv olundu, alman dövlətlərindən ibarət Almaniya ittifaqı yaradıldı, Belçikadan imtina edən Avstriya Qalitsiyanı, Dalmasiyanı və Şimali İtaliyada ərazilər qazandı, Niderland və Belçika birləşəndən sonra Niderland krallığı yaradıldı. Hannover, Qelqoland, Malta, Mavriki, Seylon və Ümid burnu İngiltərəyə keçdi, İtaliya 8 hissəyə parçalandı, 19 İsveçrə kanto-nu, «əbədi neytrallıq» statusu olan İsveçrə konfederasiyasında birləşdi.
Yekun akta zəncilərlə ticarəti qadağan edən, beynəlxalq çaylarda və sərhəd çaylarında gəmiçilik və gömrü-kalma qaydalarını müəyyənləşdirən əlavələr edildi.
Vyana konqresi ilk dəfə diplomatik agentlə-rin dərəcələrə bölünməsini müəyyənləşdirdi (Vyana reqlamenti) 26.IX.1815 ildə Avstriya, Prussiya və Rusiya Müqəddəs ittifaqın yaradıldığını elan etdilər.

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...