+2 гол-в
101 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Vyana ittifaqı müqaviləsi

1 Ответ

0 гол-в
от
 
Лучший ответ
1697 il müqaviləsi (Beynəlxalq müqavilə) - Rusiya, Avstriya və Venetsiya arasında ittifaq; 29.1. üç il müddətinə bağlanıb. Müqavilə tərəfləri quruda və dənizdə əlaqələndirilmiş hərbi əməliyyatlar aparmağı, hərbi planlar barədə bir-birinə xəbər verməyi və separat sülh bağlamamağı öhdəyə götürürdülər.

2) 1726 il müqaviləsi - 06.VIII. Rusiya ilə Avstriya arasında bağlanıb; ona əsasən, Avstriya 1724 il Rusiya-isveç ittifaqına qoşulur, Rusiyanın Avropadakı torpaqlarına qarant verir, ona Türkiyəyə qarşı mübarizədə və Şlezvi-qin Qolşteyn hersoqluğuna qaytarılmasında kömək etməyi öhdəyə götürürdü. Rusiya 1725 il Avstriya-ispaniya ittifaqına qoşulur və 1713 il Praqmatik sanksiyasına təminat verirdi. Tərəflər bir-birinə hərbi yardım göstərməyi öhdəyə götürürdülər. Müqavilə iki ölkənin uzun illər ittifaq münasibətlərini, Polşa varisliyi uğrunda və Türkiyəyə qarşı 1735-1739 illər müharibəsində müştərək hərəkətlərini müəyyən etmişdi.

3) 1854 il müqaviləsi - 02.XII. Avstriya, Fransa və böyük Britaniya arasında Rusiyaya qarşı bağlanıb. Avstriya sarayı bu sənədi imzalamaqla ümid edirdi ki, Rusiya Krım müharibəsində məğlub olandan sonra o Moldova və Valaxiya üzərində nəzarət onun əlinə keçəcəkdir. Müqaviləyə görə onu imzalayan dövlətlərin heç biri Rusiya ilə separat sülh bağlaya bilməzdi. Avstriya Moldova və Valaxiyanı rus qoşunlarından qorumaq vəzifəsini öz üzərinə götürürdü. Qərara alınırdı ki, knyazlıqla-rın vəziyyəti və eləcə də onların ərazisindən müttəfiq orduların keçməsi ilə əlaqədar ortaya çıxan məsələləri nizama salmaqdan ötrü Vyanada üç səlahiyyətli dövlətdən və Türkiyədən ibarət komissiya yaradılsın. Tərəflər bir-biri ilə müdafiə və hücum haqqında müqavilələr bağlamaqla yanaşı separat sülhə getməyəcəklər! barədə öhdəlik götürdülər. Prussiya da bu Müqaviləyə qoşuldu. Müqavilə bağlanandan sonra Avstriya Fransa və Böyük Britaniyanın xeyrinə Rusiyaya qarşı diplomatik təzyiqi artırdı.

Похожие вопросы

+2 гол-в
2 ответов
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...