+2 səs
202 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vizit kartı nədir?

1 cavab var:

0 səs
Vizit kartından protokol işində geniş istifadə olunur. Diplomatik nümayəndənin olduğu ölkənin hökumət, diplomatik, işgüzar və ictimai dairələri ilə əlaqələrin qurulmasında və saxlanılmasında ondan istifadə olunur. Bütün diplomatik işçilərin və onların həyat yoldaşlarının Vizit kartı olur. Vizit kartı tanışlıq zamanı, söhbət gedişində həmsöhbəti tərəfindən təqdim oluna bilər, diplomat da öz növbəsində lazım olduqda öz Vizit kartını verə bilər. Vizit kartı öz sahibini bir növ qiyabi olaraq «təmsil» edə bilər»; əgər cavab viziti {Diplomatik vizitlər) edilməzsə, edilmiş vizitə cavab olaraq göndərilə bilər.
Vizit kartı ilə bu və ya digər hadisə ilə bağlı - milli bayramlar, ad günü münasibətilə, yeni vəzifəyə təyin olunması və s. - təbrik etmək olar. Başsağlığı, təşəkkür etmək, tanışlıq qurmaq olar; Vizit kartı ilə birlikdə hədiyyə, suvenir, çiçək, kitab və s. göndərmək münasibdir.
Beynəlxalq praktikada Vizit kartı göndərilərkən konkret hallardan asılı olaraq Vizit kartı ünvanlandığı şəxsə onun sahibi
tərəfindən bu və ya digər münasibəti ifadə edən qısaldılmış simvollar yazılır. Bu simvollar (latın əlifbası ilə) Vizit kartının aşağı sol küncündə qələmlə yazılır:
P.f. - istənilən səbəbə görə təbriki ifadə edir (pour fyliciter);
P.f.N.A. - Yeni il təbriki (pour fyliciter Nouvel An);
P.r. - təşəkkür ifadə edir (pour rymercier);
R.c. - başsağlığı ifadə edir (pour condolDance);
P.p. - yeni gəlmiş diplomatik işçinin şəxsi viziti əvəzinə qiyabi təqdim edilməsi (pour prOsenter);
P.p. hərfləri diplomatik nümayəndəlik başçısının {Diplomatik başçılıq) Vizit kartına yazılır və o yeni gəlmiş şəxsin heç bir şərti hərf yazılmayan Vizit kartısı ilə birlikdə müvafiq şəxsə göndərilir. Cavab Vizit kartı ilə təqdim olunan şəxsin ünvanına yazı olmadan verilir;
P.p.c. - ölkədən tamamilə getdikdə vidilaşma ifadə edir. Şəxsi protokol, vizitinin əvəzinə göndərilir (pour prende conqy).

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 27 Apreldə, 21 anonim Biznes, Maliyyə bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...