+2 səs
112 baxış
Qanun, Hüquq bölməsində

Viza nədir?

1 cavab var:

0 səs
Viza (lat. visus - görünmüş, gözdən keçirilmiş). Hər hansı şəxsin müəyyən bir dövlətin ərazisinə gəlməsinə və ya bu ərazini tərk etməsinə, ya da ərazidən keçib getməsinə icazə verilməsi haqda pasportdakı qeyddir. Gəlmə, getmə və tranzit Viza növləri mövcuddur.
Viza müəyyən müddətə verilir. Dövlətlərin əksəriyyəti xaricilərin gəlməsinin (getməsinin) icazə sistemini müəyyən etmişlər. Xaricilərin gəlməsinə (getməsinə) onların pasportlarında müvafiq Viza olduqda icazə verilir. Bir sıra hallarda xaricilərin gəlməsinin (getməsinin) sadələşdirilmiş qaydası müəyyən edilir.
Bəzi dövlətlər arasında xüsusi sazişlərlə Vizasız gəlməyə (getməyə) icazə verilir. Adətən Vizasız gəlmə haqda qayda gəldikləri ölkədə daimi yaşamaq hüququ almaq niyyətində olmayan xaricilərə verilir. Avropada İngiltərə, Fransa, Hollandiya, isveçrəvə b. dövlətlər arasında, Latın Amerikasının əksər ölkələri arasında Vizanın ləğv olunması haqda sazişlər imzalanmışdır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
0 cavab
soruşub 14 Martda anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
0 səs
2 cavab
soruşub 07 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...