+2 səs
189 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

«Vişi höküməti» nədir?

1 cavab var:

0 səs
1940-1944 illərdə Fransada hitlerpərəst antimilli rejimin təmsilçisi; Alman qoşunları Fransaya
soxularkən Fransa höküməti 16.VI. 1940 ildə səs çoxluğu ilə təslim olmaq qərarına gəldi. Hökumət başçısı P.Reyno istefa verdi. Onun yerinə marşal F.Peten təyin edildi. O, dərhal Hitlerə barışıq xahişilə müraciət etdi. 1940 il Kompyen barışığı bağlandıqdan sonra Vişi şəhərində (Cənubi Fransa) toplaşan bir qrup deputat və senator Fransa parlamentinin funksiyalarını qanunsuz olaraq öz üzərinə götürəcək bütün hakimiyyəti 10.VII. 1940 ildə F.Petenə verdi. Fransa sənayesi «Vişi höküməti»-nin razılığı ilə Almaniya iqtisadiyyatı üçün işləməyə başladı. 13.IX.1942 ildə bu hökumət fəhlələrin müəssisələrdə məcburi əməyə cəlb olunmaları və fransızların zorla Almaniyaya işləməyə göndərilmələri barədə qanun qəbul etdi. «Vişi höküməti» hitlerçi qoşunların saxlanmasına gündə 400 mln. frank, sonradan 500 mln. frank maliyyə vəsaiti verirdi. VIII. 1944 ildə Petenin Almaniyaya qaçması ilə «Vişi höküməti» öz mövcudluğuna son qoydu.

Oxşar suallar

0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
3 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...