+2 səs
45 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vətəndaş və siyasi hüquqlar üzrə beynəlxalq pakt 

1 cavab var:

0 səs
16.XII.1966-ci il BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmişdir. Beynəlxalq müqavilə gücünə malik olan Pakt 1948 ildə qəbul edilmiş İnsan Haqqlarına Dair Ümumi Bəyannaməsi ilə müqayisədə irəliyə doğru böyük addım idi. Paktayrılıqda götürülmüş fərdlərə heç bir hüquq vermir; bu Pakt öz yurisdiksiyası altında olan insanların hüquqlarını dövlətlərin təmin etməsi məsələsinə nəzarət edir. Paktını imzalamış hər bir dövlət ona uyğun qanun aktları qəbul etməlidir. Paktda xalqların öz müqəddəratını həll etmək və təbii sərvətlərdən istifadə etmək hüququ əks olunub. Paktda qeyd olunur ki, hər bir insanın yaşamaq hüququ var, insanları qul vəziyyətində saxlamaq, onlarla işgəncə vermək və ya onlarla qəddar rəftar etmək qəti qadağan olunur. Paktya görə insanların şəxsi toxunulmazlığı olmalıdır, qanuni əsaslar olmadan heç kim həbsə və ya qanunsuz saxlanmağa məruz qala bilməz. insanlar qanun və məhkəmə qarşında eyni hüquqlara malikdirlər. Heç kim insanların şəxsi həyatına, mənzil toxunulmazlığına, məktublaşma sirrinə, şərəf və ləyaqətinə təcavüz edə bilməz. insanlar fikir, vicdan və din azadlıqlarına malik olmalıdırlar. Onların dinc nümayiş keçirmək, eləcə də həmkarlar ittifaqları yaratmaq, dövlət işlərində birbaşa və ya seçilmiş nümayəndə qismində iştirak etmək, seçmək və seçilmək hüquqları vardır. Paktda qeyd olunur ki, hər cür müharibə təbliğatı, milli, irqi və dini nifrət qanunvericiliklə qadağan olunmalıdır. Paktnın bir sıra müddəalarında qeyd olunur ki, şəxsin hüquq və azadlıqları dövlət təhlükəsizliyinə, ictimai asayişə başqalarının sağlamlığına və mənəviyyatına təhlükə törədərsə, qanun tərəfindən məhdudlaşdırıla bilər.
Pakt iştirakçısı olan dövlətlər onun müddəalarının həyata keçirilməsinə dair məruzələri mütəmadi olaraq insan hüquqları komitəsinə təqdim etməlidirlər. Bu P. 1976 ildə qüvvəyə minmişdi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 15 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda anonim Qanun, Hüquq bölməsində
...