+2 səs
166 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Qabarma dalğa nədir? 

1 cavab var:

0 səs
27 avqust 1883-cü ildə dəhşətli vulkan püskürməsi Krakatau adasını faktiki olaraq darmadağın etdi. Bu partlayış okeanda hündürlüyü onlarla metr olan elə dalğalar yaratdı ki, yer üzündən yüzlərlə kənd silindi. Təsəvvür edin ki, həmin dalğalar saatda 1300 kilometr sürətlə irəliləyərək fəlakət yerindən minlərlə kilometr aralı olan Avstraliya və Kaliforniya sahillərinə də çatmışdı

Başqa bir hadisə. 1946-cı ildə Aleut adaları yaxınlığında sualh zəlzələ baş verdi. Əmələ gələn nəhəng dalğa beş saatdan da az bir müddətə 4 min kilometr məsafə qət edərək Havay adalarına çatdı, sahilin bir neçə yüz metrliyindəki evləri, körpüləri uçurub viran qoydu. Faciədə 170 adam həlak oldu...

Belə dəhşətli fəlakət törədən dalğalara “qabarma dalğaları” deyirlər. Onlar dənizdəki, sahildəki adi dalğalara qətiyyən bənzəmir və nə küləkdən, nə də ki, suyun axınından asılıdır. Alimlər bu dalğalara yapon dilində ad da qoyublar “sunami”. Dənizin dibində baş verən müxtəlif fəlakətlər qabarma dalğalarının, yaxud çunamilərin yaranmasına səbəb olur. Belə

fəlakətlərin əsl qaynağı isə, bir qayda olaraq, sualtı zəlzələlərdir.

Suyun altında zəlzələ olanda zərbə dalğası yaranır ki, o da fəzada təxminən səsin yayılma sürətinə bərabər sürətlə suda yayılır. Həqiqətən də, belə zərbə dalğasının sudakı sürəti elə səs sürəti qədərdir.

Əgər həmin fəlakət rayonunda bir gəmi olsa, o, zərbə dalğasının gücünü tam olaraq hiss edəcək bu, təxminən, gəminin qayaya çırpılmasına bənzəyirl

Sualtı zəlzələ vaxtı dəniz dibinin şaquli və üfiqi hərəkəti baş verir. Bax, qabarma dalğalarını da dəniz dibinin bu hərəkəti və zərbə dalğası yaradır. Bu zaman suyun üzündə qəflətən nəhəng bir burulğan, ya da əksinə, hündür su dağı əmələ gəlir. Və bunun ardınca böyük sürətlə hərəkət edən qabarma dalğası görünür.

Dalğa sahilə yaxınlaşanda onun ilk əlamətləri, nə qədər qəribə olsa da, dəniz səthinin əhəmiyyətsiz dərəcədə qalxmasıdır. Sonra su bir neçə dəqiqə ərzində lap çəkilmə zamanında olan kimi, geri çəkilir. Bu zaman bəzi yerlərdə hətta dəniz dibinin xeyli sahəsi də görünə bilər. Bundan sonra isə dağıdıcı qabarma dalğası sahili haqlayır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
5 cavab
soruşub 18 Apreldə anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
3 cavab
soruşub 20 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...