+2 səs
147 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Dalğalar nədən yaranır? 

1 cavab var:

0 səs
Əgər sizin yolunuz nə vaxtsa bir su hövzəsinin yaxınlığından düşübsə, yəqin, fikir vermisiniz ki, sakit havada suyun üzündə demək olar ki, heç ləpə də görünmür, amma yağışlı, küləkli gündə su möhkəm dalğalanır.

Suda dalğaların əmələ gəlməsini belə izah etmək olar. Dalğanı külək yaradır. Dalğa enerii formalarından birinin, bir yerdən digərinə daşınmasıdır. Dalğanın yaranması üçün hər hansı bir güc, yaxud enerii olmalıdır ki, külək də bu eneriini suya ötürə bilsin.

Dalğaların bir-birini qovmasına göz qoyanda, adama elə gəlir ki, dalğa ilə bir yerdə, su da irəli hərəkət edir. Lakin suda üzən ağac parçasına baxsaq görəcəyik ki, o heç də dalğa ilə bir yerdə irəliləmir. Ağac parçası dalğaların arasında yerini dəyişmədən suya bahb-çıxacaq, vəssalam. Onun irəliləməyini ancaq külək əsəndə, yaxud suyun özündə bir axın yarananda görərsən.

Bəs dalğanın özünün hərəkəti nədir? Bu hərəkət, əsasən su zərrəciklərinin aşağıyuxan hərəkəhb nəhcəsində varanır Hərəkətin istiqaməti həmişə sahilə tərəf yönəlmiş olur. Məsələn, əgər sizdə kəndir varsa, onun bir başını harasa bağlamaqla, digər ucunu əlinizdə tutub tərpətsəniz, kəndir boyu dalğavari hərəkət yarada bilərsiniz. Onda görəcəksiniz ki, bu dalğavari hərəkət bütün kəndir boyu gedir, amma kəndirin parçalan heç də irəli hərəkət etmir.

Lap sahilə çatanda dalğanın təməli suyun dibinə dəyir və hərəkət sürtünmə nəticəsində yavaşıyır. Dalğanın zirvəsində yerləşən darağı isə öz hərəkətini davam etdirir, şappıltıyla sahilə çırpılaraq ləpədöyən əmələ gətirir.

Dalğalar sahilə çatanda öz eneriisini itirir. Əgər biz düz ləpədöyəndə dursaq, onun nə boyda eneriiyə malik olduğunu əyani görərik.

Dalğada küləyin itələdiyi su hissəcikləri yuxarı və irəli hərəkətdə olur. Sonra ağırlıq qüvvəsi onları aşağı enib ilkin vəziyyətinə qayıtmağa məcbur edir. Dalğanı da suyun bu hərəkətləri irəlilədir. İki dalğanın daraqları arasındakı məsafəyə dalğa uzunluğu deyirlər, onun ən aşağı nöqtəsi isə dalğanın dabanı sayılır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 13 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Oktyabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
0 cavab
soruşub 13 Apreldə, 21 anonim
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...