Təsəvvür edin ki, biz duzun orada necə peyda olduğunu hələ də dəqiq bılmiriki Bir şey, əlbəttə, bizə bəllidir: düz suda ənyir və okeanlara yağış suyu ilə düşür. Yer səthindəki duzlar daim suda həll olur, onunla birlikdə okeanlara axır.
Amma biz bilmink ki, okeanlardakı nəhəng miqdarda düzün mövcudluğunu məhz bununla izah etmək olar, yoxsa yox. Bir təsəvvür edin: əgər bütün okeanların suyunu qurufsaq, yerdə qalan duzdan hundürlüyu 230, qalınlığı demək olar ki, 2 kilometr olan bir divar ucaltmaq olar Bu divarın uzunluğu isə bütün ekvator xətti boyunca, yəni 40 000 kilometrdən artıq olardı.
Bizim gündəlik istifadə etdiyimiz adi düzü da dəniz suyundan, düz mədənləmindən, yaxud daşduz yataqlarından alırlar, Dəniz suyu 3-3,59k duzdan ibarətdir Aralıq dənizi, Qirmizi dəniz kimi daxili su hovzələrində (qapalı dənizlərdə) düzün miqdarı açıq dənizlərdəkindən çox olur. Təsəvvür edin ki, cəmi 728 kvadrat kilometr ərazisi olan Ölu dənizdə təxminən 10 523 000 000 ton duz var.
Dəniz suyunun bir litrində, orta hesabla, 30 qrama yaxın duz olur. Araşdırmalar göstərir kı, planetimizin müxtəlf yerlərindəki duz yataqları dəniz sularının buxarlanmağa başladığı dövrdən milyonlarla il qabaq yararıb. Bir maraqlı fakt da var" daş düzün əmələ gəlməsi üçün gərək dəniz suyunun on hissəsindən doqquzu buxarlansın. Belə hesab edirlər ki, müasir duz mədənlərinin yerində qabaqlar daxıli dənizlər olub. Həmin hövzələrdəki buxarlanma prosesi onlara yeni suların gəlməsindən daha sürətlə cərəyan edirdi deyə, daş duz mədənləri yaranırdı.
Qida üçün olan sodanın da əsas hissəsini daş duzdan alırlar Düz yataqlarında adətən şaxtalar qazılır. Təmiz suyu borularla şaxtalara vururlar və həmin su duzu əridir. İkincı boru xətti isə bu məhlulu yer səthinə qaldırır.