+2 səs
261 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Versal sülh müqaviləsi (1919)

2 Cavab

0 səs
 
28.VI. 1919-ci ildə Paris sülh konfransının gedişində Versal sarayında, birinci dünya müharibəsində qalib gəlmiş dövlətlərlə, məğlub olmuş Almaniya arasında imzalanmışdı. Müqavilənin (Beynəlxalq müqavilə) şərtlərinə görə Almaniya Elzas-Lotaringiyanı 1870 il sərhədlərinə Fransaya, Poznan və Pomeraniya-nın bir hissəsini Polşaya qaytardı. Danışıq (Qdansk) azad şəhər elan olundu, Memel (Klapeyda) qalib dövlətlərin idarəçiliyinə verildi, Sileziyanın bir hissəsi Çexoslovakiyaya keçdi, Saar 15 il müddətinə Milətlər Cəmiyyətinin idarəçiliyinə verildi, bu müddət bitdikdən sonra, onun hansı dövlətə mənsub olması barədə plebissit keçirilməli idi.
Şlezviq, Şərqi Prussiyanın cənub hissəsi və Yuxarı Sileziyanın hansı dövlətə mənsub olması da plebissitlə həll olunmalı idi. Reynin sol sahildəki Almaniya əraziləri, həmçinin sağ sahildə 50 km enində zolaq silahsızlaşdırılmalı idi. Almaniyanın müstəmləkələri əsas qalib dövlətlər arasında bölüşdürüldü, onun quru qoşunlarının sayı 100 min nəfərdən çox ola bilməzdi. Almaniya təzminat ödəməyi öhdəsinə götürdü. Millətlər Cəmiyyətinin Nizamnaməsi Versal sülh müqaviləsinin tərkib hissəsi idi.
0 səs
Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən Fransada imzalanmış sülh müqavilələrindən biri

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
...