+2 👍
284 👀
Cəmiyyət, Siyasət, KİV

Amerika və İngiltərə arasında Versal sülh müqaviləsi  (1783)

1 Ответ

0 👍
 
Лучший ответ
Bu sənəddə 1775-1783 illərdə ABŞ-ın müstəqillik uğrunda İngiltərə ilə apardığı müharibədə qələbəsi təsbit edilmişdi; ABŞ-ın o vaxtkı müttəfiqlərindən (Fransa, İspaniya və Niderland) gizli şəkildə işlənib hazırlanmış və 03.IX Versalda artıq müttəfiqlərin iştirakı ilə imzalanmışdı. Müqavilə (Beynəlxalq müqavilə) 1782-1783 illərdə İngiltərə ilə ABŞ və onların müttəfiqləri arasında imzalanmış preliminar sülh müqavilələri özündə birləşdirmişdir.
ABŞ ilə İngiltərə arasında 30.11.1782 ildə bağlanan ilkin sülh müqaviləsinə görə, İngiltərə ABŞ-ı müqsəqil suveren dövlət (Dövlət suverenliyi) kimi tanıyır və gələcəkdə ona qarşı heç bir iddia ilə çıxış etməyəcəyini bildirirdi. İngiltərə öz silahlı qüvvələrini və hərbi gəmilərini ABŞ-ın bütün limanlarından və məntəqələrindən çıxarmağı öhdəyə götürürdü. ABŞ-ın sərhədləri (Dövlət sərhədləri) qərbdə - Missisipi çayı boyu, şimalda - Böyük göllər, Müqəddəs Lavrent çayı və Atlantik okeanınadək keçən şərti xətt boyu, cənubda Floridadan şimala, Missisipi çayı ilə Atlantik okeanı arasındakı şərti xətt boyu müəyyən edilirdi. Kanada İngiltərənin müstəmləkəsi olaraq qalırdı, lakin onun sərhədləri dəqiqləşdirilmədiyindən bu hal uzun illər İngiltərə-Amerika mübahisələrinin mövzusu olmuşdu. Versal sülh müqaviləsi müharibədən qabaq mülki şəxslər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı qaydada nizama salınmasını nəzərdə tuturdu. ABŞ Konqresi həmçinin loyalistlərə (İngiltərə taxt-tacına sadiq qalanlara) tam amini- stiya verilməsi və onların müsadirə edilmiş əmlaklarının qaytarılması üçün ABŞ administrasiyası qarşısında vəsatət qaldırmağı öhdəyə götürürdü.
İngiltərə Fransa və İspaniya ilə 20.1-1783 ildə bağladığı ilkin müqaviləyə görə, Vest-indiyada Tobaqo adasını Fransaya güzəştə gedir və Afrikada Seneqalı ona qaytarırdı. İspaniya Aralıq dənizində Menorka adasını geri alırdı. İngiltərə və Fransa iddialı əraziləri qarşılıqlı qaydada bir-birinə qaytarırdılar.
12.IX.1783 ildə Hollandiya ilə bağlanın ilkin müqaviləyə əsasən, İngiltərə Hindistandakı Holland faktoriyasını - Neqapatamı (indiki Naqapattinam, Mədrəs ştatı) özününkü elan edirdi.
...