+2 səs
225 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Verona konqresi nədir?

1 cavab var:

0 səs
Müqəddəs ittifaqın IV son diplomatik toplantısı: 20.X-14.XII 1822-ci ildə Veronada (İtaliya) keçirilib. Verona konqresidə Rusiya çarı I Aleksandr (Aleksandr /), Avstriya imperatoru I Frans, Prussiya kralı III Vilhelm, İtaliya rəsmiləri və xeyli sayda diplomat iştirak etmişdi. VERONA KONQRESIdə Avstriya, Fransa, Prussiya və Rusiyanın İspaniyaya qarşı çıxmalarının şərtləri, habelə yunan üsyanı ilə bağlı məsələlər, Rusiya- Türkiyə münaqişəsi, zəncilərin alqı- satqısı və Cənubi Amerikada İspaniya müstəmləkələrinin taleyi müzakirə mövzusu olmuşdu.
Konqresin (Beynəlxalq konqres) işi dövlətlər arasında kəskin mübarizə şəraitində keçib, inqilabın baş verə biləcəyi qorxusu Rusiya, Avstriya və Prussiyanı məcbur etdi ki, Fransaya Müqəddəs İttifaq adından ispan inqilabına qarşı çıxmaq və müdaxiləni Latın Amerikasındakı ispan müstəmləkələrinin ərazisinə də keçirmək səlahiyyəti verilsin. Lakin bu qərar Latın Amerikası bazarlarında Fransa rəqabətindən qorxan İngiltərə tərəfindən etirazda qarşılandı. Bununla əlaqədar İngiltərə ABŞ- a müraciət edərək öz fəaliyyətlərini əlaqələndirməyi təklif etdi. Bu təklifin nəticəsi olaraq ABŞ «Monro doktirina- sı» ilə çıxış etdi. Verona konqresi Latın Amerikası ölkələrinə müdaxiləni yaymaq ideyasından imtina etməli oldu. Rusiya, Avstriya, Prussiyya və Fransanın nümayəndələri inqilabi ispan hökumətinə qarşı birgə diplomatik çıxış etmək barədə qərara gəldilər.
Verona konqresidə həmçinin İtaliyada vəziyyət müzakirə edildi. Fransanın istəyinin əksinə olaraq Neapolda və Sardiniyada Avstriya müdaxiləsinin vaxtını uzatmaq qərarı alındı.
Verona konqresi iştirakçıları Veronaya yardım almaq üçün gələn Yunanıstan nümayəndə heyətini qəbul etmədilər. Zəncilərin alınıb-satılması haqqında ingilis nümayəndə heyətinin qoyduğu məsələ də həll olunmamış qaldı. Verona konqresi də Sardiniyanın İsveçrə ərazisində sardinya inqilabçılarının gizlənməsinə şərait yaradan İsveçrə hökumətindən etdiyi şikayətə də baxıldı. 1823 ildə İspaniyada inqilabi hərəkatın qarşısı alındı. Bu tədbir Müqəddəs ittifaqın son «qələbəsi» idi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...