1788-1790 illər Rusiya-isveç müharibəsinə son qoyub; 03.Ill Verele kəndində (Finlandiya) sülh konfransının gedişində bağlanıb.
1787-1791 il rus-türk müharibəsini özü üçün fürsət sayan İsveç dövləti Pribaltika əyalətlərini geri almağa və Rusiyanın Baltik dənizində nüfuzunu zəiflətməyə cəhd göstərdi. Danışıqların gedişində Rusiya tərəfi isveçlilərin bütün ərazi tələblərini rədd etdi. Rusiya ilə Türkiyə arasında tezliklə sülh bağlana biləcəyindən ehtiyat edən İsveç özünün ərazi iddialarından imtina etməli oldu. Heç bir ərazi dəyişmələrinə gətirib çıxarmayan Verel sülh müqaviləsi hələ 1721 il Niştadt sülh müqaviləsi zamanından 3 pribaltika-rus limanında isveçlilərə gömrük rüsumu ödəmədən hər il 50 min manat dəyərində taxıl almaq icazəsini bir daha təsdiq etdi. Verel sülh müqaviləsinin bağlanması antirus koalisiyası yaratmağa cəhd edən İngiltərə və Prussiya üçün tamamilə gözlənilməz olmuşdu.