+2 səs
121 baxış
Şəxslər, Tarix bölməsində

Vedemeyer missiyası 

1 cavab var:

0 səs
 
ABŞ-ın bir qrup hərbi və siyasi xadiminin 22.VII-24.VIII 1947-ci ildə Çinə səfəri; Amerika
qoşunlarının baş komandanı general-leytenant Vedemyer bu missiyaya başçılıq etmişdi. Vedemeyer missiyasından məqsəd Homindan rejiminə yardım göstərmək və Çin Xalq Azadlıq Ordusunun hücumu nəticəsində yaranmış vəziyyəti öyrənmək idi. Vedemyer Homindan ordusuna daha çox silah və sursat göndərmək, Amerika qoşunlarının Çində qalma müddətini uzatmaq, Tayvanı icarəyə götürmək, Çində Amerika qoşunlarnın toxunulmazlığını təmin etmək, Çinin siyasi, hərbi və iqtisadi həyatını nəzarətə götürmək və bunun müqabilində 1,5- 2 mlrd. ABŞ dolları həcmdə yeni borc vermək barədə ABŞ-ın niyyətləri haqqında Çan Kay-şiyə məlumat vermişdir. O, hominadançılardan tələb etmişdi ki, Çin ərazisində 8 hərbi bazanın tikilməsinə icazə versin. Tayvan adasını icarəyə versin, amerikan ordusunun Çin sazisində toxunulmazlıq hüququnu təmin etsin, Çinin siyasi, hərbi və iqtisadi həyatı üzərində ABŞ nəzarətini bərqərar etsin.
Homindançılar Vedemyerin Çini ABŞ-dan asılı vəziyyətdə saxlayacaq bir sıra tələblərini qəbul etməyə hazır idilər. Lakin ÇİN Xalq Azadlıq Ordusunun güclü hücumları ABŞ-a bu planları həyata keçirməyə imkan vermədi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 01 Martda anonim Şəxslər, Tarix bölməsində
...