Vaşinqton bəyannaməsi (daha çox 26 dövlətin və ya Birləşmiş Millətlərin bəyannaməsi kimi də tanınır). 01.1. 1942-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, Belçika, Hindistan, Kanada, Kosta-Rika, Kuba, Çexoslavakiya, Dominikan Respublikası, Salvador, Yunanıstan, Qvatemala, Haiti, Honduras, Hollandiya, Lüksemburq, Yeni Zelandiya, Nikaraqua, Norveç, Panama, Polşa, CAR, Yuqoslaviya nümayəndələri tərəfindən Vaşinqtonda imzalanıb. Vaşinqton Bəyannaməsinin preambulasına əsasən düşmən üzərində tam qələbə bütün ölkələrdə «yaşayışı, sərbəstliyi, müstəqilliyi, dini azadlığı, insan hüquqları və ədaləti qorumaq üçün» zəruridir.