+2 səs
206 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vassal dövlət hansıdır?

2 Cavab

+1 səs
 
Vassal dövlət (lat. vassalus - vassal, vassus - xidmətçi). Vassallıq orta əsrlərdə Qərbi Avropada feodal vassalların digər feodallardan - senyorlardan şəxsi asılılıq münasibətləri sistemi olmuşdu, iri feodallar senyorun (süzerenin) vassalı olmaqla bərabər, eyni zamanda öz vassallarına da malik idi. Vassal dövlət süzerenin onun qanunlarına, inzibati və məhkəmə fəaliyyətinə geniş müdaxiləsinə yol verməyə məcbur olur və nəinki daxili siyasətlə bağlı (məs., pul nişanlarının emissiyası hüququ), eləcə də xarici əlaqələr qurmaq üçün zəruri hüquqlardan məhrum edilir Vassal dövlətin tabeçiliyi suzeren tərəfindən vassal dövlət başçısının təsdiq olunması və, sədaqət andının içilməsi ilə müşayət olunurdu ki, bu da vassalın suzerendən asılılığına şəxsi xarakter verir, vassallığı protektoratlıqdan (Qəyyumluq) ayırırdı.
Hazırki dövrdə Avropada tarixi keçmişin qalığı kimi bir Vassal dövlət qalıb: o da Pirineyada yerləşən, Fransadan və Urxel (İspaniya) yepiskopundan vassal asılılığında olan kiçik icma - Andorra respublikasıdır. Keçmişdə (1856-1870- ci illərdə) Serbiya, Çernoqoriya Osmanlı imperiyasından asılı Vassal dövlətər idi. Hindistan və Pakistan dövlətlərinin meydana gəlməsinədək çox saylı (500- dən çox) hind feodal knyazlıqları İngiltərə kralının «suzereniteti» altında olan Vassal dövlətər idilər.
Daxili siyasətdə bəzi cüzi müstəqilliklərinin olmasına baxmayaraq Vassal dövlət beynəlxalq münasibətlərdə iştirak etmirdilər və beynəlxalq hüququn subyekti olmur. Onlar beynəlxalq müqavilələr bağlamaq və diplomatik münasibətlər qurmaq hüququndan məhrum olurlar. Süzeren dövlətin imzaladığı siyasi, ticarət, gömrük və d. müqavilələr avtomatik olaraq onun beynəlxalq münasibətlərdə rəsmi şəkildə təmsil etdiyi Vassal dövlətə aid edilir.
0 səs
Daxili siyasətdə sərbəst, xarici siyasətdə asılı

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...