+2 səs
267 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Varşava müqaviləsi təşkilatı nədir?

2 Cavab

0 səs
14.V. 1955-ci ildə  ADR, Albanıya, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumınıya və SSRİ tərəfindən Varşavada imzalanmış və NATO hərbi- siyasi blokuna qarşı yaradılmışdı. IX.1968 ildə Albaniya təşkilatından çıxdı. VMT-ın hərbi qüvvələrindən Macarıstan və Çexoslovakiya (Macarıstan hadisələri; Çexoslovakiya hadisələri) böhranlarının aradan götürülməsində istifadə olunmuşdu. 1980 illərin sonlarında «dünya sosializm sisteminin» böhranı nəticəsində təşkilat öz fəaliyyət qabiliyyətini itirmiş və 01.VII. 1990-ci ildə özünü buraxdığını elan etmişdir.
0 səs
14 may 1955-ci ildə SSRİ və Avropanın 8 sosialist dövləti tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq (1955-1991).
Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək öhdəliyini götürürdülər.
Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Əslində Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan ve Rumıniya (1948) arasında imzalanmış ikitərəfli müqavilələri tamamlayırdı. Almaniya Demokratik Respublikası Paktın hərbi qoluna 1956-cı ildə qoşuldu. 1962-ci ildə Albaniya SSRİ ilə siyasi ixtilaflarına görə təşkilatdakı fəaliyyətini dondurdu və 1968-ci ildə təşkilatın qoşunlarının Çexoslovakiyaya yeridilməsindən sonra onu tərk etdi.
SSRİ-də, Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən sistem dəyişiklikləri səbəbindən 1991-ci ilin fevralında VMT üzvləri təşkilatın hərbi strukturlarının ləğv edilməsi barədə qərar qəbul etdilər. 1 iyul 1991-ci ildə isə Varşava Müqaviləsinin qüvvədən düşməsi barədə Protokol qəbul olundu, bununla da Varşava Müqaviləsi Təşkilatı öz fəaliyyətini dayandırdı.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...