+1 səs
111 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vargiz sazişi nədir?

1 cavab var:

0 səs
Yunanıstan hökuməti ilə Yunanıstan Milli-Azadlıq Cəbhəsi arasında Vargiz adlanan yerdə 12.11 1945-ci ildə imzalanıb: Vargiz sazişi  1944 ildə Yunanıstana qoşun çıxarmış Böyük Britaniyanın iştirakı ilə imzalanıb. Vargiz sazişə uyğun olaraq, Milli Azadlıq Cəbhəsi ölkənin dinc və demokratik inkişafına cəhd göstərərək hərbi əməliyyatları dayandırmaq, xalq-azadlıq ordusunu tərxis etmək və girovları azadlığa buraxmaq barədə öhdəlik götürdü və götürdüyü öhdəliklərə bütünlüklə əməl etdi.
Yunanıstan hökuməti öz növbəsində ölkədə söz, mətbuat, yığıncaq azadlıqları və həmkarlar ittifaqları yaratmağa şərait yaratmağı, hərbi vəziyyəti ləğv etməyi, siyasi məhbuslara elliklə amnistiya verməyi, Milli Azadlıq Cəbhəsi döyüşçülərinə münasibətdə heç bir ayrı-seçkilik qoymadan milli ordu yaratmağı, dövlət aparatını və polisi kollaborasionistlərdən (faşistlərə satılan vətən xainləri) təmizləməyi, 1945 ildən gec olmayaraq Yunanıstanın dövlət quruluşuna dair azad referendum keçirməyi öhdəyə götürdü.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...